Rusiya Premyer Liqasının 16-cı turundan təxirə salınmış matçında millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" "Orenburq"un qonağı olub.
Qarşılaşma "Krılya Sovetov"un 1:2 hesablı yenilgisiylə başa çatıb.
Samara klubunun yeganə qoluna 12-ci dəqiqədə Ramil Şeydayev imza atəb. 23 yaşlı forvard penaltidən fərqlənib və hesabı 1:1 edib. Bu, Ramilin cari mövsüm Premyer Liqada 4-cü qolu olub.
Qeyd edək ki, "Krılya Sovetov” 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.