Cənubi Koreya dünyada ilk dəfə olaraq 5G mobil internet şəbəkəsinin kommersiya istifadəsinə başlayıb.
"SK Telekom Co.”, "KT Corp.” Və "LG Uplus İnc.” operatorları bu formatda xidmət göstərirlər.
Hökumətin planına əsasən, 5G şəbəkəsi hələlik iri meqapolislərdə mövcud olacaq. İlin sonuna kimi isə bu şəbəkənin əhatə dairəsi 85 faizə çatdırılacaq.
Qeyd edək ki, 5G şəbəkəsi informasiya mübadiləsini saniyədə 10 Gbit sürətlə aparmağa imkan verir. Bu, 4G şəbəkəsindən 30 dəfə böyükdür./axar.az