İçərisinda yaşayış olan, ancaq uzun müddətdir istismar aktı olmayan bir sıra binalar istismara verilib. Bunu "Xəzər Xəbər"ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir bildirib.
Komitə rəsmisi bildirib ki, yaşayış olan, ancaq istismara qəbul edilməyən digər çoxmənzilli binaların da istismara qəbul edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır.
Binaların istismara verilməsində Fövqəladə Hallar Nazirliyinin təhlükəsizliklə bağlı verdiyi müsbət rəy əsas sənəd hesab oluınur. Bu sənəd Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olandan 1 həftə ərzində həmin binaya istismar aktı təqdim olunur. Fövqəladə Hallar Nazirliyinin MTK-ların müraciətinə baxması üçün isə 2 ay müddət müəyyən edilib. İki aydan sonra nazirliyin rəyi mənfi olarsa, onda MTK-lara nöqsanları aradan qaldırmaq üçün 5 ay əlavə vaxt verilir.
Dövlət başçısı tərəfindən imzalanan fərman tikilib başa çatdırılan, içərisində yaşayış olan, lakin istismara qəbul edilməyən yaşayış binalarının hamısının 2020-ci il yanvarın 1-dək istismara verilməsini təmin etmək məqsədi daşıyır.
Xezerxeber.az-ın məlumatına görə,
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: