Xəzər Xəbər

Demoqrafik proqnozlar üçün yeni metodologiya tətbiq ediləcək - VİDEO

Veb TV | 20:56 • 3 Aprel 2019
Demoqrafik proqnozlar üçün yeni metodologiya tətbiq ediləcək -

Azərbaycanda demoqrafik proqnozların hazırlanmasında yeni metodologiyadan istifadə olunacaq. Məqsəd ölkədə demoqrafik vəziyyəti daha dəqiq proqnozlaşdırmaqdır.

Xezerxeber.az-ın məlumatına görə, ölkədə demoqrafik vəziyyəti daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq.

Bu məqsədlə yeni metodologiyadan istifadə ediləcək.

Söhbət mütərəqqi dünya təcrübəsinə əsaslanan təkmil proqnozlaşdırma metodologiyasından gedir.

Artıq metodologiyanın hazırlanması məqsədilə işlərə başlanılıb. Prosesə beynəlxalq və yerli ekspertlər cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirb ki, proqnozlaşdırma metodologiyası demoqrafik proqnozları daha dəqiq təyin etməyə imkan verəcək.

Metodologiyanın hazırlanması üçün 6 ay ərzində tədqiqatlar aparılacaq. Daha sonra ilkin layihə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti