Xəzər Xəbər

Aptekdən dərman aldı - İçərisində qara rəngdə qırıntılar aşkarlandı - VİDEO

Veb TV | 19:05 • 31 Mart 2019
Aptekdən dərman aldı -

Mingəçevir şəhər sakini övladı üçün şəhərdəki apteklərdən birindən dərman alıb. 10 gün sonra siropun içində qara rəngdə qırıntılar görüb. Məsələyə aptekin satış müdiri də münasibət bildirib.

Aptekdən aldığı dərmandan qara rəngdə qırıntılar tökülüb.

Xoşagəlməz hadisə Mingəçevir sakini Tahir Mikayılovun başına gəlib. O yaşadığı şəhərdə apteklədən birinə yaxınlaşaraq 16 manat 80 qəpik pul ödəyərək dərman alıb.Övladı 10 gün həmin siropu qəbul etdib və bu zaman müəyyən sancıları yaranıb. Şəhər sakini aldığı dərmanın icərisində məlum olmayan qırıntıları gördükdən sonra aptekə müraciət edib.

Mingəçevir sakini aldığı dərmanının övladına əks təsirindən narahatdır. Tahir Mikayılov 30 yaşlı digər övladının illər öncə qəbul edilən dərmandan şikəst olduğunu bildirib.

Məsələ ilə bağlı aptekin satış müdiri Elvin Əhmədov şifahi olaraq "XəzərXəbər"ə bildirdi ki, Tahir Mikayılov martın 14-də həmin siropu alıb.10 gün sonra onda qara rəngdə qırıntıların olduğunu görüb. Bu zamana qədər dərman normal şəraitdə saxlanmayıb və nəticədə belə vəziyyət yaranıb.

Xəbər lenti