Xəzər Xəbər

Bakıda ən çox mənzil alanlar kimlərdir? VİDEO

Veb TV | 19:22 • 31 Mart 2019
Bakıda ən çox mənzil alanlar kimlərdir?

Azərbaycanda ən çox yeni mənzil alanlar hələ də Rusiyada yaşayan azərbaycanlılardır. Bu şəxslər daha çox yeni yaşayış binalarında mənzil almağa üstünlük verirlər. Ekspertlər bildirir ki, Rusiyada yaşayan azərbaycanlıların mənzil almasına Azərbaycanın son illər artan turizm potensialı da ciddi təsir göstərir.

Rusiya yenə də Azərbaycan mənzil bazarı üçün kapitalın formalaşdırıldığı əsas ölkə olaraq qalmaqdadır. Belə ki, Azərbaycanda mənzilləri ən çox alanlar bu ölkədə daimi, yaxud mövsümü yaşayan azərbaycanlılardır.

Əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu şəxslər daha çox Bakıda yeni tikilən hündürmərtəbəli binalara maraq göstərirlər.

Ekspert bildirir ki,bu şəxslərin bir ay ərzində aldıqları evlər digər kateqoriyadan olan insanlarla müqayisədə çoxdur.

Nofəl Quliyev bildirir ki, Rusiyada yaşayan Azərbaycanlılar paytaxtın müxtəlif yerlərində torpaq alıb mənzil tikməyə də üstünlük verirlər.

Ekspert bildirir ki, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycana çoxlu sayda turist axınını görüb daha çox mənzil almağa çalışırlar. Çünki, son illər Rusiyadan Azərbaycana gələn turistlərin sayı da əhəmiyyətli dərəcədə artıb.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024