Xəzər Xəbər

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür VİDEO

Veb TV | 19:17 • 31 Mart 2019
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Ermənilər 101 il əvvəl Bakının müsəlman əhalisini məhv edərək şəhəri azərbaycanlıların nəzarətindən çıxarmaq istəyiblər. Onlar yaxşı başa düşürdülər ki, Bakını əldə saxlayan bütün cənubi qafqaza hökm etməyə qadirdir. Çünki, burda zəngin neft yataqları vardı. Həmin vaxt minlərlə insan soyqırıma məruz qalsada onlar əsas məqsədlərinə çata bilmədi.

Bu il ermənilərin törətdiyi dəhşətli mart soyqırımının 101-ci ildönümüdür...

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Millət vəkili, tarixçi alim Musa Qasımlı bildirir ki, ermənilərin bu soyqırımı törətməkdə məqsədləri Bakını müsəlman əhalisini məhv edərək şəhəri bütünlüklər Azərbaycanlıların nəzarətindən çıxarmaq olub.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarayda vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Millət vəkili bildirir ki, ermənilərin Bakıda törətdikləri soyqırım Xalq Cumhuriyyətinin elan olunmasını gecikdirsə də qarşısını ala bilmədi. Soyqırım zamanı öldürülənlərin sayı isə müxtəlif mənbələrdə fərqli şəkildə əksini tapıb.

Mart Soyqırımı hadisələrinə isə ilk hüquqi qiyməti ulu öndər Heydər Əliyev verib. Belə ki, məhz onun 26 mart 1998-ci tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.

Bu arada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü minlərlə soydaşımız Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.səhər saatlarından başlayaraq Quba və digər bölgələrindən gələn həmvətənlərimiz soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.

Xəbər lenti