İmişlidə oğurluq hadisəsi qeydə alınıb. Həyətdə itin olduğunu bilən şəxslər qonşunun çəpərindən keçərək evə arxa pəncərədən giriblər. Onlar pul və qızıl zinət əşyalarını aparıblar.
Naməlum şəxs və ya şəxslər sahibinin evdə olmamasından istifadə edərək mənzilə daxil olublar.
Oğurluq hadisəsi İmişli rayonunun Məzrəli kəndindəbaş verib. Evin arxa pəncərəsindən içəri girən şəxslər ordan 500 manat nəğd pul və 12 min manat dəyəri olan qızıl zinət əşyalarını aparıblar.
Həyətdə itin olduğunu bilən oğrular qonşununçəpərindən keçərək evin arxa pəncərəsini qırıp orda evə daxil olublar..
Faktla bağlı İmişli Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat bölməsində vətəndaşın şikayəti əsasında araşdırma aparılır.