Xəzər Xəbər

Sığorta şirkəti zərəri ödəmir VİDEO

Veb TV | 19:32 • 31 Mart 2019
Sığorta şirkəti zərəri ödəmir

Şirvanda qəza zamanı zərərçəkmiş sürücüyə sığorta şirkəti pul ödəmir. Zərərçəkmişin sözlərinə görə, dəymiş zərər əvvəlcə 958 manat hesablanıb. Sonradan sığorta şirkəti yenidən hesablama aparıb və pulu təxminən 2dəfə azaldıb.

40 gün əvvəl qəza baş verib amma sığorta şirkəti hələ də dəymiş zərəri ödəmir.

Hadisə Göyçay sakiniZaur Məmmədovun başına gəlib. Zərərçəkmiş deyir ki, fevralın 20-də Şirvan şəhəri Heydər Əliyev prospektində hərkətdə olarakən işıqforun qırmızı işığında minik avtomobili onun qarşısına çıxaraq qəza baş verib.

Hadisədən sonra əraziyə yol polisi və sığorta şirkəti də gəlib. Qəzanı törədən sürücünün icbari sığorta şirkəti Zaur Məmmədovun avtomobilinə 958 manat zərər dəydiyini müəyyən edib.

Zərərçəkmiş bundan sonra dəfələrlə sığorta şirkətinə zəng vuraraq ona təklif edilən məbləğin azaldılmasının səbəbinisoruşub. Zaur Məmmədova bildirilib ki, ayrılan məbləğ mart ayının 18-də ödəniləcək.

Məsələ ilə bağlı sığorta eksperti Daşdəmir Niftəliyev bildirdi ki, əgər şirkəti dəymiş zərəri əvvəlcə 958 daha sonra maksimum 570 manat hesablayıbsa vətəndaş avtomobilini həmin sığorta şirkətinin servisində təmir etdirsin. Əgər sığorta şirkətinin servisi yoxdursa onda məhkəməyə müraciət eləsin.

Xəbər lenti

Çox oxunanlar