Bu gün Bakıda binaların fasadları bir saat işıqsız qalıb.
Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə hər il mart ayının son şənbə günündə dünyada keçirilən "Yer saatı” ekoloji aksiyası çərçivəsində Bakı Olimpiya Stadionu, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Milli Gimnastika Arenası, regionlarda yerləşən "ASAN” Xidmət mərkəzləri, "Flame Towers” kompleksi və digər tikililərin fasad işıqları saat 20:30-dan 21:30-dək söndürülüb.
Məqsəd iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb etmək olub.
Qeyd edək ki, Azərbaycan ilk dəfə "Yer saatı” kampaniyasına 2011-ci ildə qoşulub. İlk aksiya çərçivəsində "Qız Qalası”nın işıqları söndürülmüşdü./oxu.az