Xəzər Xəbər

Türkiyədə 18 yaşlı azərbaycanlı itkin düşüb - Orucovlar ailəsi 4 aydır itkin düşmüş oğulları axtarır - VİDEO

Veb TV | 20:33 • 29 Mart 2019
Türkiyədə 18 yaşlı azərbaycanlı itkin düşüb -

4 il əvvəl Şəki şəhərindən Türkiyənin İstanbul şəhərinə köçənOrucovlar ailəsi 4 aydır itkin düşmüş oğulları Abduləvvalı axtarır. "XəzərXəbər”ə danışan anası Afət Bəşirova oğlunun hansısa terror təşkilatının təsir dairəsinə düşdüyünü deyir.

4 ay əvvəl ailəsinə heç bir xəbər vermədən evdən çıxaraq geri qayıtmayıb.İndi valideyinləri onun yolunu həsrətlə gözləyir.

4 ildir ki, Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanlı Orucovlar ailəsi evin tək övladı olan Abduəvvəl Orucovun taleyindən narhatdırlar. Anası Afət Bəşirovanın sözlərinə görə, oğlu evdən çıxarkən özü ilə xarici pasportunu da aparıb. Afət Bəşirova deyir ki, hər dəfə oğluna zəng vuranda o, əvvəlcə evdə, sonra isə Maltəpə və Trabzonda olduğunu bildirib.

Annanın iddiasına görə,oğlu evdən çıxmamışdan bir neçə ay əvvəl özünü fərqli aparırımış.O, həm namaz qılmağa başlayıb, həm də özbək dilini də örgənirmiş.

Ailə məsələ ilə baglı Türkiyə polisinə müraciət edib.

Ananın sözlərinə görə oğlunun telefonnunu kimlərsə əlindən alıblar.Azərbaycanın İstanbuldakı BaşKonsulluğundan isə Xəzər Xəbərə bildirilib ki, məsələ ilə bağlı bu gün Afət Bəşirova konsulluğa rəsmi müraciət edib. Məsələ araşdırılıcaq.

Xəbər lenti

Çox oxunanlar