Xəzər Xəbər

Füzuli Əsədov: Əksər ticarət mərkəzləri yanğına qarşı hazırlıqlı deyil - VİDEO

Veb TV | 20:10 • 29 Mart 2019
Füzuli Əsədov:

Əksər ticarət mərkəzləri yanğına qarşı hazırlıqlı deyil. Ticarət obyektlərində əsas problemlərdən biri yanğına qarşı su təchizatının olmamasıdır. Dövlət yanğından mühafizə xidmətinin rəisi Füzuli Əsədovun sözlərinə görəçatışmazlıqlar barədə obyekt sahiblərinə dəfələrlə xəbərdarlıq edilib. Ancaq buna məhəl qoyan yoxdur. Prezidentin keçirdiyi müşavirədən sonra ticarət obyektlərinə nəzarətgücləndiriləcək.

Paytaxda yerləşən əksər ticarət mərkəzlərində yanğından mühafizə sahəsində ciddi problemlər var.Bununla bağlı obyekt sahiblərinə xəbərdarlıq edilməsinə baxmayaraq problem aradan qaldırılmır.

Bunu xəzər xəbərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.Onun sözlərinə görə, ticarət obyektlərində əsas problemlərdən biri də yanğına qarşı su təchizatının olmamasıdır.

Füzuli Əsədov ''Diqlas'' ticarət mərkəzində yanğının söndürülməsi zamanı avtomobillərin su təchizatında problemin yaranması ilə bağlı sosial şəbəkələrdə yazılan iddialara da münasibətbildirib.

Qurum rəsmisi onu da bildirdi ki,yanğınsöndürən avtomobillərdə su tükəndiyi halda ticarət obyektlərində olan su hovuzlarından istifadə edilməlidir.Ancaq ''Diqlas'' ticarət mərkəzində ümumilikdə yanğına qarşı su təchizatı olmayıb.Füzuli Əsədov qeyd etdi ki,Prezidentin ötən gün keçirdiyi müşavirədən sonra ticarət obyektlərinə nəzarətgücləndiriləcək.

Xəbər lenti

Çox oxunanlar