Paytaxtın Nərimanov rayonunda ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə reyd keçirilib.
Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarının keçirdiyi reydzamanı şöbə əməkdaşları tərəfindən yaşıl işıqda keçən bir neçə piyada saxlanılaraq cərimə edilib.
Bəziləriilə isə marifləndirici söhbətlər edilib və onlara yolu qaydalar çərçivəsində keçmələri barədə tapşırıqlar verilib.
Bildirilib ki, qaydaları pozan piyadalar təkcə özlərinin yox digər yol hərəkəti iştirakçılarının da həyatlarını təhlükəyə atır. Piyadalardan başqa, dayanma-durma qaydalarına əməl etməyən avtomobillər ərazidən uzaqlaşdırılıb. Kəmər taxmayan bir sürücü isə saxlanılaraq yerindəcə cərimə edilib.