Xəzər Xəbər

Nazir vaxtı açıqladı - Gələn həftədən “Diqlas”dakı sahibkarlara pul ödəniləcək - VİDEO

Veb TV | 19:40 • 29 Mart 2019
Nazir vaxtı açıqladı -

Yanan ticarət mərkəzi ilə bağlı yaradılan işçi qrupu zərərçəkən sahibkarlara dəyən ziyanın hesablanması üçün işlərə başlayıb. İqtisadiyyat naziri Şahin Mustafayev də bu gün vətəndaşları qəbul edib və onların təkliflərini dinləyib. Nazir bildirib ki, sahibkarlara kompensasiya ilə yanaşı, güzəştli kredit, zərərçəkmişlərə malları satmaq üçün yeni yerlər veriləcək və icarədarlardan 4-5 ay ərzində icarə pulu alınmayacaq. Pulların isə gələn həftənin ilk günlərindən vətəndaşlara verilməsi planlaşdırılır.

Zərərin müəyyən edilməsi və sahibkarların problemlərin həll edilməsi üçün işçi qrup zərərçəkənlərlə görüşlərə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev, nazir müavini Niyazi Səfərov və digər rəsmi şəxslər zərəzçəkmiş sahibkarları qəbul ediblər. Yanan əmlakın dəyərləndirilməsi üçün sahibkarlara anketlər verilib, onların tələbləri dinlənilib. Nazir Şahin Mustafayev zərərin hesablanması mexanizmini açıqlayıb.

Şahin Mustafayev onu da bildirib ki, zərərçəkmişlərə kompensasiya ilə yanaşı, malları satmaq üçün yeni yerlər veriləcək və onlardan 4-5 ay ərzində icarə pulu alınmayacaq. Bundan sonra isə onlar uzun müddət digər iş adamları ilə müqayisədə 20% az icarə haqqı ödəyəcəklər. Nazir onu da qeyd edib ki, burda əsas məqsəd ən qısa zamanda dəyən zərərin obyektiv şəkildə ödənilməsidir.

Bununla yanaşı, zərərçəkmişlərə 4 faiz dərəcəsi ilə uzunmüddətli güzəştli kredit də təklif olunub. Sahibkarlara isə bu dəstəyin bizneslərini yenidən qurmaq üçün yaxşı imkan olduğunu bildirirlər.

İlkin məlumata görə, yanğın baş vermiş "Diqlas" ticarət mərkəzində 171 mağaza olub. İşçi qrup tərəfindən zərərçəkmişlərin sayının dəqiqləşdirilməsi və zərərin qarşılanması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar