''Rəqəmsal hökumət'' təşviqat proqramının təqdimatı olub. Bildirilib ki, hazırda 800 min insan elektron hökumət portalından istifadə edir. Bu sayın 2 milyon çox olacağı proqnozlaşdırlır. Bu arada "Asan Xidmət"in rəqəmsal versiyasının formalaşması istiqamətində də işlər aparılır.
Elektron hökumət konsepsiyasından istifadə edən vətəndaşların sayı ildən-ilə artır. Elektron hökumətin inkişafı mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, bu rəqəm yaxın gələcəkdə milyonlarla ölçüləcək
Fariz Cəfərov bildirib ki, davamlı olaraq ən çox hansı xidmətlərdən istifadə edilməsi ilə bağlı monitorinqlər aparılır. Monitorinqin nəticələrinə əsasən az istifadə edilən elektron xidmətlərlə bağlı təhlillər aparılır ki, istifadəçi sayı artsın
Elektron xidmətlərdən istifadəni genişləndirmək üçün nəzərdə tutulan elektron hökumətin inkişafı mərkəzi və "Asan Könüllülük Məktəbi"nin birgə təşəbbüsü ilə reallaşdırılan "rəqəmsal hökumət" təşviqat proqramının təqdimat mərasimi keçirilib.Proqram çərçivəsində könüllülər "ASAN Xidmət" mərkəzlərindəki xüsusi köşklərdə, universitetlərdə və digər mərkəzlərdə rəqəmsal xidmətlərin təşviqinə dair əhaliyə məlumat verəcəklər.
Fariz Cəfərov həmçinin vurğulayıb ki, "ASAN Xidmət"in rəqəmsal versiyasının formalaşmasi istiqamətində işlər aparılır.Layihəyə istifadəyə verildikdən sonra internetə çıxış imkanları yaxşı olan vətəndaşlar Asan xidmət mərkəzlərinə gəlmədən elektron qaydada xidmətlərdən bəhrələnə biləcəklər.