Xəzər Xəbər

Yenicə "ayaq açan" 60 yaşlı cavan Onu heç nəyə dəyişmirlər - VİDEO

Veb TV | 19:33 • 29 Mart 2019
Yenicə "ayaq açan" 60 yaşlı cavan

Göyçay sakini 60 illik "Volqa Qaz 21" maşınını saz vəziyyətdə saxlayır. Avtomobilin əksər detalı eyni modelin olsa da sadəcə bir neçə əlavə detaldan istifadə olunub. Dəfələrlə bu maşını almaq üçün müəyyən məbləğdə pul təklif olunsa da, sahibi onu satmayıb.

Detalları və ehtiyyat hissələri bir-bir toplanaraq ərsəyə gətirilib. Xarici görkəmi isə tam zavod istehsalı kimidir. Söhbət 60 yaşlı "Volqa Qaz 21" markalı minik maşınından gedir.

Göyçay sakini Əli Quliyevin atasından yadigar qalan minik masını 1959-ci ilin istehsalıdır. Onun sözlərinə görə,atasının vaxtı ilə bu maşında taksi sürücüsü işləyərək ailəni dolandırdığı və çətin günlərdən üzü ağ çıxardığı bu maşını qoruyub saxlamağı özunə borc bilir.

Sahibinin sözlərinə görə, avtomobilin çox hissəsi özünündü. Sadəcə bir neçə əlavə detaldan istifadə olunub. İllərlə ərsəyə gələn bu maşına 30 min manatpul xərcləyib.

Bu avtomabilin mexaniki sürət qusu3 pilləlidi. Yanacaq sərfiyyatı 100 km üçün 10-12litrdir. Avtomobil həvəskarı olan Əli Quliyevin sözlərinə görə, dəfələrlə bu maşını almaq üçün müəyyən məbləğdə pul təklif etsələr də satmayıb.

Xəbər lenti