Bu günədək 7 minə yaxın insana avtomatlaşdırılmış şəkildə pensiya təyin olunub...
Bunu "Xəzər Xəbər"ə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Nazir müavini bildirib ki, bu il yanvarın birindən həyata keçirilən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatında əsas məqsəd vətəndaş-məmur ünsiyyətini sıfıra endirməkdir.
Nazir müavini ölkədə yaxın vaxtlarda açılması nəzərdə tutulan DOST mərkəzlərindən də danışıb. Qeyd edib ki, ilk DOST mərkəzi Paytaxtın Yasamal rayonunda istifadəyə veriləcək. Ümumilikdə isə 2019-2025-ci illərdə həyata keçiriləcək proqram çərçivəsində ölkədə 31 DOST Mərkəzinin yaradılması nəzərdə tutulub.
Anar Əliyev ölkədə həyata keçirilən Özünəməşğulluq proqramına da toxunub. Deyib ki, ötən il 7300 şəxs bu proqrama cəlb olunub. Onlardan 6 min nəfərinə müvafiq aktivlər təqdim edilib. Yaxın vaxtlarda isə Özünəməşğulluqla bağlı 3-cü proqramın icrasına başlanılacaq.