Bakıda bir mənzili 7 dəfə qarət ediblər. Hadisə Suraxanı rayonunda baş verib. Naməlum şəxs və ya şəxslər tək yaşayan qadının evinə girirərək ordan müxtəlif əşyalar oğurlayıblar.
Evi qarət edən şəxslər hamam otağından unitaz və moydadırı da oğurlayıblar.
Hadisə bir neçə gün əvvəl paytaxtın Suraxanı rayonunda baş verib. Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsində yaşayan Sədaqət Rəşidova deyir ki, ötən gün işdən qayıdarkən həyət evinin giriş qapısının qırıldığını görüb. Qadın həyətə daxil olarkən hər tərəfin dağınıq olduğunu görüb.
Qadın bu hadisə ilə əlaqədar dərhal əraz üzrə 31-ci polis bölməsinə müraciət edib. Bölmədən əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçiriblər. Sədaqət Rəşidovanın sözlərinə görə, həmin evi 8 il əvvəl həmin həyət evini tanımadığı bir nəfərdən alıb. Ev aldıqdan sonra mənzildə xırda təmir işləri görüldüyü üçün orda daimi yaşamayıb. Həmin vaxtdan bu günə qədər mənzil 7 dəfə qarət edilib.Əvvəlki oğurluqlarda isə naməlum şəxs və ya şəxslər su mühərriki, 300 metr su borusu və digər məişət avadanlıqları oğurlayıblar.
Zərərçəkmiş Sədaqət Rəşidov deyir ki,ona umumilikdə2-3 min manat ziyan dəyib.