Xəzər Xəbər

Milli Məclisdə sığorta məsələsi gündəmə gəldi VİDEO

Veb TV | 19:12 • 29 Mart 2019
Milli Məclisdə sığorta məsələsi gündəmə gəldi

''Xalqın sığorta şirkətlərinə inamı çox aşağıdır''. Bu fikri millət vəkili Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib. Millət vəkilləri sığorta sistemin düzgün və operativ işləməsi üçün yeni layihələrə ehtiyac olduğunu bildirib. Plenar iclasda həm də, məhkəmlərin işini asanlaşdıracaq və vəkil olmayan şəxslərin də mübahisələrin həllində iştirakını təmin edəcək ''mediasiya haqqında''qanun ilk oxunuşda qəbul edilib.

Parlamentin bu gün keçirilən plenar iclasında əsas müzakirə mövzularından biri ölkəmizin sığorta sistemiolub. Millət vəkili Fəzail Ağamalı Beynəlxalq Sığorta şirkətlərinin ölkəmizə cəlb edilməsini təklif edib. Bildirib ki, bu üsulla həm ölkəmizə maliyyə vəsaiti cəlb etmək, həm də peşəkarlıq səviyyəsini artırmaq olar.

Millət vəkili Siyavuş Novruzov isə dövlətin ''Diqlas '' ticarət mərkəzində baş verən yanğına görə ödənişləri öz üzərinə götürməsinin böyük müsbət addım olduğunu bildirsə də, sığorta işinin geniş tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyyac olduğunu deyib.

Plenar iclasda yeni hazırlanan və mübahisəli məsələlərin məhkəməyə getmədən, vəkil olmayan şəxslərin iştirakı ilə həll edilməsini təmin edəcək "Mediasiya haqqında" qanun ilk oxunuşda qəbul edilib.

5 fəsil, 40 maddədən ibarət olan yeni qanun ləyihəsinə əsasən ''mediatr'' yəni vasitəçi25 yaşına çatmış və ali təhsilli şəxs ola bilər.

Xəbər lenti

Çox oxunanlar