Xəzər Xəbər

534 kq yararsız ət Bakıya gətirilərkən aşkarlandı VİDEO

Veb TV | 19:05 • 29 Mart 2019
534 kq yararsız ət Bakıya gətirilərkən aşkarlandı

534 kq mənşəyi məlum olmayan ət satışa çıxarılmadan aşkarlanıb.

Bakıya satış üçün yararsız ət gətirən Ağdaş rayonunun Ləki kənd sakini Şirin Kərimli istəyinə nail ola bilməyib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı onun bu niyyətinin qarşısı alınıb.

Qurum rəsmisi bildirir ki, laboratoriyanın nəticələri yaxın günlərdə bilinəcək. Daha sonra faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Aysel Fərziyeva deyir ki, Agentlik qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da tədbirlərini davam etdirəcək. Bu məsələdə vətəndaşların da dəstəyinə ehtiyac var.

Qeyd edək ki, həyata keçirilən tədbirlər nəticəsində aşkarlanmış qanun pozuntuları ilə bağlı hazırda 3 cinayət işi üzrə istintaq tədbiri davam etdirilir. 12 cinayət işi üzrə istintaq aparılıb. 9 cinayət işi üzrə ibtidai istintaq isə yekunlaşdırılaraq, 16 şəxs məhkəməyə verilib.

Xəbər lenti

Çox oxunanlar