3 aya yaxındır ki, ailəsi ondan xəbər ala bilmir.
Hadisə Bərdə rayonunda yanvar ayının 4-də baş verib.Rayon sakini 1989-ci il təvəllüdlü İsmayılov Xalıq Zahid oğlu yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.Xaliq İsmayılovun həyat yoldaşı Xumarə İsmayılova bildirib ki, 4 ildir ki, ailə həyatı qurub. Ailənin bir az yaşlı oğlan övladı var. Sonuncu dəfə o, həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra Xaliq evdən çıxaraq geri qayıtmayıb.
Əsas məşğuliyyəti çobanlıq olan Xaliq İsmayılovun axtarışına onun valideyinləri də qoşulub.Gedə biləcəyi qohumlardan və digər tanışlardan da hələki səs -soraq yoxdur.3 aya yaxındır ki, Xaliq İsmayılovun axtarışları davam edir.
Hadisə ilə bağlı polisə də məlumat verilib.Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.