ABŞ-ın Florida ştatının Palm-Biç-Qardens şəhərinə zəhərli qurbağalar kütləvi axın edib.
Bu barədə "Moterboard” nəşri məlumat yayıb.
Quyruqsuzlar piyada və maşın yollarına, həyətlərə, çimərlik hovuzlarına doluşur, ev heyvanlarına ciddi təhlükə yaradır. Yerli mütəxəssislər minlərlə qurbağanın üzə çıxmasını fevralda havanın anomal isti keçməsi ilə əlaqələndirir.
Yaxın günlərdə qurbağa sayının daha da artacağı gözlənilir.