Xəzər Xəbər

Hər bir sahibkarın problemi öyrəniləcək və onlara yardım göstəriləcək VİDEO

Veb TV | 20:46 • 28 Mart 2019
Hər bir sahibkarın problemi öyrəniləcək və onlara yardım göstəriləcək

Hər bir sahibkarın problemi öyrəniləcək və onlara yardım göstəriləcək.

XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

"Sahibkarlar dövlətin onlara dəymiş zərər üzrə zəmanət verməsini və yardım göstərməsini çox rəğbətlə qarşılayır. Çünki bu, sahibkarların fəaliyyət göstərmələri üçün çox vacib bir məsələdir. Dövlət başçısının keçirdiyi müşavirədə İqtisadiyyat Nazirliyinə sahibkarlarla görüşlərin keçirilməsi, hər bir sahibkarın probleminin öyrənilməsi, onlara yardım göstərilməsi barədə tapşırıq verilib”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, iki hissədən ibarət olan "Diqlas” ticarət mərkəzinin birində qeydiyyatda 111, digərində 73 sahibkar olub. Ümumilikdə burada fəaliyyət göstərən sahibkarların sayı 250-dən çoxdur. Yəni zərərçəkmişlər arasında biznesə yeni başlayan və ya qeydiyyatdan keçməmiş sahibkarlar da var. Bütün bunların hamısı komissiya tərəfindən araşdırılacaq.

"Bilavasitə həmin sahibkarların öz iştirakı ilə komissiyanın yaradılması prosesin şəffaflığı və dəqiq məlumatların əldə edilməsi məqsədi daşıyır. Artıq müvafiq hesablamalara başlanılıb”, - deyə V.Zeynalov bildirib.

Xəbər lenti

Çox oxunanlar