Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Beynəlxalq təcrübdən istifadə edilərək hazırlanan yeni qanun layihəsinin tətbiqi üçün əliliyi təyin edən həkimlərə təlimlər keçiriləcək.
Yeni meyarların 2020 ci ilin yanvarın 1 dən etibarən tətbiq ediləcəyi nəzərdə tutulub.
Əmək və əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial müavinət və təqaüd artımları ilə bağlı da məlumat verərək bildirib ki, bu artımlar 600 min insanı əhatə edəcək, onun 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Vətəndaşlar bu ayın ödənişini artımla bərabər ala biləcək. Nazir iş və işçi axtaranlar üçün əvəzsiz elektron xidmət olacaq ''Məşğulluq alt sistemi''nində yaxın günlərdə fəaliyyətə başlayacağını bildirib.
Sahil Babayev şəhid vərəsələrinə birdəfəlik ödənişdən də danışaraq bildirib ki, artıq 7800 vərəsəyə ödəniş edilib və 400 polis şəhidə görə ödənişin ediləcəyi təsdiqlənib.
Bu gün həm də Əmək və Əhalinin Sosiaş müdafiəsi naziri və nazirliyin əməkdaşları Azərbaycanda aparılan sosial islahatlar barədə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.