Xəzər Xəbər

Dövlət hər zaman vətəndaşının yanındadır VİDEO

Veb TV | 20:05 • 28 Mart 2019
Dövlət hər zaman vətəndaşının yanındadır

Prezident İlham Əliyevin "Diqlas" ticarət mərkəzinin yanması nəticəndə zərər görmüş sahibkarlara dövlət yardımının göstərilməsi ilə bağlı tapşırıqları həmin sahibkarlar tərəfindən böyük sevinclə qarşılanıb. Həm zərərçəkən icarədarlar, həm də ticarət mərkəzinin sahibləri bu qərarı dövlətin vətəndaşının daim yanında olması kimi qiymətləndiriblər.

Dövlət başçısının bu tapşırığını eşidən sahibkarlar bu qərarı ayaqüstə alqışla qarşıladı.

Prezident İlham Əliyevin tapşırığı ilə yanan ticarət mərkəzi ilə bağlı komisiyyanınyaradılması vəhər bir sahibkara dəyən ziyanın dövlət tərəfindən qarşılanması zərər çəkmiş sahibkarlar tərfindən yüksək qiymətləndirilib.

Diqlas ticarət mərkəzinin direktor müavini Araz Rəhimov da bildirib ki, bu qərar dövlətin vətəndaşına verdiyi dəyəri göstərir.

Araz Rəhimov onu da bildirdi ki, ticarət mərkəzinin rəhbərliyi də öz növbəsində zərəçəkənlərə yardım edəcək. Qeyd edək ki, sabahdan etibarən zərəçəkənlərə dəymiş ziyanın hesablanması üçün onlarla görüş keçiriləcək.

Xəbər lenti