Xəzər Xəbər

Bakıda 14 yaşlı qızın qarnından kişi orqanları çıxdı VİDEO

Veb TV | 19:17 • 28 Mart 2019
Bakıda 14 yaşlı qızın qarnından kişi orqanları çıxdı

Paytaxtdakı xəstəxanaların birində həm kişi, həm də qadın daxili cinsi orqanlarına malik 14 yaşlı uşaq əməliyyat olunub. Belə ki 14 yaşlı qızn daxili kişi cinsi orqanları əməliyyatla götürülüb. 2 saat davam edən əməliyyat uğurla başa çatıb.

Özü qız daxili orqanları kişi olan uşaq əməliyyat olunub.

Paytaxt sakini 14 yaşlı uşaq narahatlıqla həkimə müraciət edib və məlum olub ki, daxili orqanlarında problem var. Beləki, xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub. Uşaq 2 yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb.Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur. Müayinə nəticəsində ona "testikulyar feminizasiya" diaqnozu qoyulub.

Xəstə laparoskopik üsulla əməliyyatı aparılıb. Heç bir kəsik olunmadan onun qarın boşluğunda yerləşən hər ikicinsiyyət orqanı çıxarılıb. Xaric olunmuş orqanlar müayinəyə göndərilib

Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır.Əgər qız uşaqlarında iki tərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin.

Xəbər lenti

Çox oxunanlar