Xəzər Xəbər

Komitə rəsmisi: Ermənilər Azərbaycan abidələrini dağıdıb məhv edirlər - VİDEO

Veb TV | 19:09 • 28 Mart 2019
Komitə rəsmisi:

Özlərini dünyaya dırnaq arası qədim xalq kimi təqdim edən ermənilər, azərbaycanlıların mədəni irsinə qarşı əsl barbarlıq və vandallıq siyasətlərindən əl çəkmirlər.Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədrinin I müavini belə deyib. O bildirib ki, işğal altındakı Azərbaycan ərazilərində xalqımıza məxsus tarix və mədəniyyət abidələri məqsədli şəkildə dağıdılır. Onların bir çoxu sökülərək məhv edilir, bir çoxunun forması, eyni zamanda yer adları və toponimlər dəyişdirilərək erməniləşdirilir.

"Böyük Ermənistan" arzularını gerçəkləşdirmək üçün ermənilər işğal olunmuş Azərbaycan ərazilərində milli-mənəvi abidələrimizi dağıtmaqda davam edirlər. Üstəlik, iddia edirlər ki, azərbaycanlılar guya bu ərazilərdə heç vaxt yaşamayıblar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin I müavini Səyyad Salahlı bildirib ki, onlar məhvetmə işini dörd istiqamətdə həyata keçirirlər.

Səyyad Salahlı bildirib ki, monoetnik Ermənistan azərbaycanlıların milli-mədəni abidələrini məhv etməklə dünya dəyərlərini də heçə sayır. Bununla da,bəşər tarixinə ciddi ziyan vururlar.O əlavə edib ki, işğalçıların bu hərəkətinə beynəlxalq səviyyədə laqeydlik nümayiş etdirilir.

Səyyad Salahlı vurğulayıb ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidə, 67-si məscid, 140-ı ziyarətgah, 140-ı isə məbəddir.

Xəbər lenti

Çox oxunanlar