Bir toxunuşla əsərlərə can verir. Sadəcə qum və zərlə möhtəşəm sənət əsərləri ortaya çıxarır. Qara kətan üzərində yapışqan və zərdən istifadə etməklə bir-birindən fərqli əsərlər çəkir...
Xezerxeber.az-ın məlumatına görə, 21 yaşlı Ella Əzizbəyova çəkdiyi maraqlı sənət nümunələri ilə diqqət çəkir. Heç bir ali təhsili olmayan bu rəssam sadəcə sosial şəbəkələr vasitəsi ilə bu sənəti öyrənərək belə maraqlı sənət nümunələri çəkir.
Ellanın sözlərinə görə, hazırda ən çox tələbat qumla və qara kətan üzərində zərlə olan rəsmlərədir. Bu rəsmlər daha çox maraqla qarşılanır və toy, ad günlər üçün sifariş verilir. Rəsmlərin qiymətləri isə ölçüsünə və görüləcək işinə görə fərqli olur. Qiymət 50-300 manat arasında dəyişir.
Rəssam həmçinin bildirir ki, belə rəsmlərin çəkilməsinə əvvəllər bir necə gün vaxt sərf edirdisə, indi sadəcə bir necə saat ona bəs edir. 4 ildir bu işlə məşğul olan Ella Əzizbəyova bir çox xarici telekanllarda verlişlərə də dəvət alıb və öz sənətini tanıdıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: