Xəzər Xəbər

Yolda tunelin beton hissəsi sıradan çıxıb - sürücü və piyadalar təhlükə ilə üz-üzədir - VİDEO

Veb TV | 20:34 • 27 Mart 2019
Yolda tunelin beton hissəsi sıradan çıxıb -

Bakıda yolda obyektə bitşik tunelin beton vurulan hissəsi sıradan çıxıb. Nəticədə sürücü və piyadalar təhlükə ilə üz-üzə qalıblar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 109 ünvanından gedır. Yolun sağ kənarında beton hissə sıradan çıxdığından tunelin üzəri açıq qalıb. Həmin tunel olan hissə isə yaxınlıqda olan obyektin zirzəmisinə bitişik olan hissədir. Buradan istifadə edən piyadaların sözlərinə görə, problem 3 aydan çoxdur ki, yaranıb və hələ də aradan qaldırılmayıb.

Xüsusən də axşam vaxtlarında piyadalar yolun kənarı ilə hərəkət etdikdə daha təhlükəli vəziyyətlə üz-üzə qalırlar.

Bu vəziyyətdən təkcə piyadalar yox, həm də sürücülər əziyyət çəkməli olur. Onların sözlərinə görə, bəzi hallarda avtomobillər həmin zolaqdan istifadə edirlərlər ki, bu da əlavə problemin yaranmasına gətirib çıxarır.

Məsələ ilə bağlı üzərindəki beton dağılan tunelin birləşdiyi obyektdən mövqe örgənmək istəsək də cavab verən olmadı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbaut xidmətinin rəhbəri Anar Nəscəfli isə bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək, həmin yerin qurumun balansında olub-olmaması aydınlaşdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti