Xəzər Xəbər

Avtoxuliqanlar həbs edildi - VİDEO

Veb TV | 19:36 • 27 Mart 2019
Avtoxuliqanlar həbs edildi -

Avtomobillərin girişinin qadağan olduğu meydana daxil olan sürücü orada təhlükəli manevrlər edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısınan gedır.

Bayram günlərində meydanda çoxlu insan var. Lakin sürücü buna baxmayaraq ora daxil olur, öz "məhərətini" göstərir. Bu zaman ciddi qayda pozuntusu ilə yanaşı, bayramı qeyd etmək üçün gələn insanların həyatı üçün də təhlükə yaranır.

Təhlükəsiz şəhər kameralarına düşən sürücü qısa zamanda polis tərəfindən saxlanılıb. O, etdiyi hərəkətdən peşman olduğunu etiraf edib.

Bayram günlərində Gəncədə avtoxuliqanlıq edən başqa bir sürücü də saxlanılıb. 28 may küçəsində, şəhər sakini 23 yaşlı Ayxan Məmmədovun idarə etdiyi avtomobilin yüksək sürətli hərkəti və yaratdığı qəza şəraiti təhlükəszilik şəhər kamerası vastiəsilə qeydə alınıb. O da polis tərəfindən saxlanılıb.

Kameraların yaddaşına həkk olan digər bir hadisə isə Atatürk prospektində qeydə alınıb. Sürücü, Daşkəsən sakini Novruz Məmmədov avtomobili ilə digər hərəkət iştirakçılarına real təhlükə və qəza şəraiti yaradıb.

Məhkəmin qərarı ilə hər üç şəxs bir illik sürücülük hüququndan məhrum edilməklə 15 sutkalıq həbs cəzası alıblar. Avtomobilləri isə cərimə meydançasına aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti