Yaponiyanın "A.L.I. Technologies” şirkəti 2022-ci ildən uçan motosikletlərin satışına başlamaq niyyətindədir.
Trend-in məlumatına görə, hazırda şirkət həmin modelin prototipinin hazırlanması ilə məşğuldur.
Qeyd olunur ki, motosikletlər yer səthindən onlarla santimetr yüksəkdə hərəkət edə biləcək.
Həmin motosikletlərin Afrika, Yaxın Şərq ölkələrində - yol infrastrukturunun inkişaf etmədiyi bölgələrdə daha çox satılacağı gözlənilir.
Uçan motosikletlərin satış qiyməti hələlik müəyyən edilməyib.