Xəzər Xəbər

Şimal-Qərb bölgəsinə qar yağıb - VİDEO

Veb TV | 20:28 • 26 Mart 2019
Şimal-Qərb bölgəsinə qar yağıb -

Yazın gəlməsinə baxmayaraq Şimal-Qərb bölgəsinə qar yağıb.

Xezerxeber.az-ın məlumatına görə, Oğuzda gecə saatlarından başlayan yağış səhər saatlarında qara çevrilib. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problem yaranmayıb.

Qarın yağmasına ən çox sevinən uşaqlar olub. Fermerlər isə bu yağıntının meyvəçiliyə ciddi ziyan vuracağını bildirirlər.

Qaxa da qar yağıb. Dünən səhər saatlarından başlayan yağış sulu qara, daha sonra isə qara çevrilib. Rayonun ucqar dağ kəndləri olan İlisu, Ağçay və Sarıbaş qarın ən çox yağdığı yaşayış məntəqələridir. İlisu və Ağçayda qarın qalınlığı 3-5 santimetr, Sarıbaşda isə 10 santimetr olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti