Xəzər Xəbər

Bakıda avtomobil kirayəsinə tələb artıb - QİYMƏTLƏR - VİDEO

Veb TV | 19:29 • 26 Mart 2019
Bakıda avtomobil kirayəsinə tələb artıb -

Son zamanlar avtomobillərin icarəsi bazarında canlanma müşahidə edilir. Buna səbəb havaların isinməsi ilə ölkəmizə gələn turistlərin və bölgələrə səyahət etmək istəyənlərin sayının artmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, havaların isinməsi ilə səyahət edənlər çoxaldığından avtomobil icarəsinə də tələb artıb. Qiymətlər isə günlük 50 manatdan başlayır.

Müştəri sürücü istədikdə isə qiymətlərin üzərinə günlük 10 manat əlavə edilir.

Avtomobil icarəsi ilə məşğul olan Rövşən Tağıyev bildirir ki, bir çox sürücü müqaviləni oxumur, ona görə də sonradan hər hansı hadisə zamanı şirkətdən narazı qalır. Məsələn, qəza zamanı sürücü təmirə sərf edilən hər günə görə də ödəniş etməlidir.

Bundan başqa, sürücü icarə pulundan əlavə də ödəniş edir ki, avtomobilə hər hansı ziyan vurulduqda dəyən ziyan həmin puldan çıxılır.

Son bir neçə ildir ki, ölkəmizə ov üçün gələn turistlərə də icarə avtomobillərdən istifadə edir ki, bu zaman avtmobilə çox ziyan dəydiyindən normal dəyərdən başqa günlük 40-50 manat əlavə ödəniş alınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti