Futbol üzrə Xorvatiya yığma komandasının kapitanı Luka Modruç Avro-2020 turniri çərçivəsində Macarıstanla oyundan sonra bəyan edib ki, komanda əvvəlki nailiyyətlərini unutmalıdır.
Bununla bağlı Germanijak.hr saytı məlumat yayıb.
"Səbirli olmaq, cəld oynamaq lazımdır. Çox məyusuq, bu, bizim üçün böyük zərbədir. İlk həyəcan zəngi Azərbaycanla oyunda çalındı, ancaq o zaman biz qələbə qazana bildik. Bu gün isə biz yeni şok yaşadıq. Bu cür oynamağı davam etsək, bizim Avro-2020-nin final mərhələlərinə vəsiqə qazanmağımızda ciddi problemlər olacaq.
Buna görə əvvəlki nailiyyətlərimizi unutmalıyıq. Oyun belədir. Sevinmək və bayram etmək üçün vaxtımız yoxdur. Əgər Avro-2020-yə düşməsək, bu, faciə olacaq”, - o bildirib. (Oxu.az)