Bakıdan gedən qatarı Türkiyədə bəy-gəlin qarşılayıb.
Xezerxeber.az-ın məlumatına görə, maraqlı anlar Qarsda olub.
Bakı-Ankara marşrutu üzrə sərnişin daşıyan qatar havanın soyuq, qarlı olmasına baxmayaraq Qarsda təntənə ilə qarşılanıb.
Qatarın yolunu gözləyənlər arasında yeni evlənən bəylə gəlin də olub. Tarixi gündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Onlar Bakını görmək, gəzmək xəyalları qurduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər. Cütlük daha sonra vaqona minərək orda şəkil çəkdiriblər.
Qeyd edək ki, Azərbaycanın sifarişi ilə İsveçrədə istehsal edilən xüsusi sərnişin qatarı Azərbaycan, Gürcüstan və Türkiyə arasında dayanmadan hərəkət edəcək. Gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: