Rusiyanın Kamçatka diyarında səkkiz tona yaxın balıq tullantısı yola səpələnib.
Trend-in məlumatına görə, hadisəyə səbəb yük avtomobili sürücüsünün laqeydliyi olub.
Diyar hakimiyyətinin nümayəndisinin sözlərinə görə, sürücü haqqında inzibati xəta barəsində protokol tərtib olunub. Yükün daşınmasına məsuliyyət daşıyan şirkət isə 150 min rubl məbləğində cərimələnib.