Havaların istiləşməsi torpaq qiymətlərinə də təsirsiz ötüşməyib. Tikinti mövsümü başladığından torpaqların qiyməti artır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda Bakıətrafı qəsəbələrdə torpaq bazarında canlanma müşahidə edilir. Buna səbəb havaların istiləşməsi ilə tikinti mövsümünün başlamasıdır. Xüsusən də bağ tikintisi üçün uyğun ərazilərin qiyməti artıb.
Daşınmaz əmlak eksperti Emil Cəfərovun sözlərinə görə, ən çox torpaq satışı Sabunçu və Xəzər rayonu ərazilərində müşahidə edilir. Buna səbəb isə bu rayonlarda həm il boyu yaşayış üçün, həm də bağ evlərinin tikintisi üçün əlverişli şəraitin olmasıdır.
Xəzər rayonu ərazisində torpaqların minumum qiyməti 1 sotu üçün 2 min manatdan başlayır və mərkəzi yola, kommunikasiya xətlərinə yaxınlaşdıqca qiymətlər artır. Abşeron rayonu ərazisində də torpağın qiymətində nəzərəçarpacaq artım var. Burada torpağın sotu 2 min manatla 15 min manat arasında dəyişir. Qurunt suları və nəmin çox olduğu ərazilərdə isə qiymət nisbətən aşağıdır.
Ekspertlərin fikrincə, qiymət artımı ayın sonuna qədər müşahidə olunacaq, payızın gəlişi ilə isə əksinə, ucuzlaşma olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: