Norveç sahillərində qəzaya uğrayan"Viking Sky"gəmisindən338 nəfərtəxliyə edilib.
"Report" "Verdens Gang"a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə1373 nəfərolub, onlardan915-i sərnişi imiş.
Qeyd edilir ki, insanları vertolyotların köməyi ilə təxliyə edirlər. Çünki ərazidəki əlverişsiz hava şəraiti - güclü külək və yırğalanma xilasetmə komandasına qayıqları endirməyə imkan vermir.
Bəzi sərnişinlər hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər.