Ağcabədi polisi mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlayıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs oğurladığı qızılları sataraq pul əldə edib. Vətəndaşlara da ümumilikdə 3 min manata yaxın ziyan vurub.
Mənzillərdən oğurluq edən şəxs saxlanlılıb.
Ağcabədidən olan bir neçə sakin Rayon Polis Şöbəsinə müraciət edərək mənzillərindən oğurluq edilməsi barədə məlumat verib. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Zamin İbrahimov saxlanılıb.
Saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını sataraq pul əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.