Qadın öz evindən qızılları götürərək tanışına verib. Sonra isə polisə məlumat verərək oğurlandığını bildirib.
Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb. Rayon sakini Könül Aslanova polisə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını Könül Aslanova özü başqa bir şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Ağcabədidə digər ogurluq hadisəsi də olub.Rayon sakini Məhruzə Kazımova rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb. Müəyyən edilib ki, oğurluq hadisəsi rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov tərəfindən törədilib.
İstintaq tədbirləri nəticəsində oğurlanan əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.