Zibil paliqonundakı tullantılar ətrafdakı əkin sahələrinə yayılır.
Görüntülər Tovuzun Aşağı Quşçu kəndindəndir. Bir qrup sakin şəxsi təsərrüfatını əkib-becərə bilmir. Səbəb isə buradan yayılantullantılar və xoşagəlməz qoxudur..Fermerlər məhsulda yarana biləcək xəstəlikdən də ehtiyat edirlər.
Həmin sahə hasara alınmadığından küləkli havada tullantılar əraziyəyayılır. İsti havalarda isə zibillikdə yaranan yanğın ətrafdakı taxıl sahələrini, üzüm bağlarını, ağacları məhv edib. Təsərrüfat sahibləri məhsullarına vaxtında qulluq edə bilmədiklərini deyirlər..Tullantıları isə kəndlilərin özləri toplayır..
Aşağı Quşçu kəndininbələdiyyə sədri Tofiq Hüseynov Xəzər-Xəbərə bildirib ki, 2004-cü ildən qanuni aktla həmin ərazi zibil paliqonu üçün ayrılıb.Buna görədə zibilliyin yerinin dəyişdirilməsinəzərdətutulmayıb.