Xəzər Xəbər

Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq VİDEO

Veb TV | 18:42 • 22 Mart 2019
Fərdi evlərin sənədləşdirilməsi sığorta və vergi yığımını artıracaq

Dövlət başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərə çıxarışların verilməsinə başlanılıb. Sonrakı mərhələdə isə fərdi yaşayış evlərinin sənədləşdirilməsinə başlanılacaq. Bu, digər sektorların da gəlir əldə etməsinə və vergi ödəməsinə şərait yaradacaq.

Fərdi yaşayış evlərinin sənədləşdirilməsinə dair konsepsiyanın hazırlanması bir sıra ciddi problemlərin həllinə gətirib çıxaracaq. İqtisadçı ekspertlər belə düşünür. Ekspert Rəşad Həsənov deyir ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilk növbədə insanların mənzil, mülkiyyət hüququndan istifadə edə bilmələrinə gətirib çıxaracaq. Digər tərəfdən bu addım dövlət büdcəsinə daxilolmaların həcmini artıracaq.

Sənədsiz fərdi evlərin sənədləşməsi daşınmaz əmlakın satışından da dövlət büdcəsinə daxilolmaları artıracaq. Bundan başqa sığorta şirkətlərinin daxilolmaları çoxalacaq və sığorta bazarı nəzərəçarpacaq dərəcədə canlanacaq.

Qeyd edək ki, əmlakın illik icbari sığorta haqqı Bakı şəhərində 50, rayonlarda 30 manat müəyyən edilib.

Xəbər lenti

Çox oxunanlar