O, canlı yayımda Əbu Dabinin vəliəhdi, şahzadə Məhəmməd bin Zayid əl Nahyana məxsus ayaqqabını (O, belə fərz edib) öpüb.
"Bunun şahzadə Ali-Həzrətləri Şeyx Məhəmməd bin Zayidə məxsus olduğunu təsəvvür edirəm. BƏƏ vətəndaşı olaraq nə edəcəyimi bilirsinizmi? (Ayaqqabını öpür) Allah onu qorusun və başımızın üstündən əksik etməsin”, – deyə Miyhas bildirib.
Aparıcının bu hərəkəti ictimaiyyətdə birmənalı qarşlanmayıb. Onun bu hərəkətinin BƏƏ vətəndaşlarını təhqir etməsi kimi şərh edilib. (Axar.az)