Ailə evi istixanada tikib. İndi həm pulsuz istilikləri var, həm də qidaları. Nəzərə alaq ki, Stokholmda, İsveçdə ilin 9 ayı qışdır.
Yanvarda paytaxtda orta temperatur 0-dan aşağı olur. Amma Mari və Çarlzın evində çox istidir. Mari deyir ki, Stokholmda insanlar sentyabrın ortalarından istilik sistemini işə salırlar, bir də mayda söndürürlər. Onlar isə cəmi 6 ay evi qızdırmalı olurlar. Həm də daha az elektrik enerjisi sərf etməklə. Günəşdən ala bilmədiklərini odun sobası verir.
Mari danışır ki, soyuğa heç cür öyrəşə bilmir. Yağış və ya qar olanda, o, eyvanda, terrasda oturub ulduzlara baxmağa üstünlük verir. Yay gələndə isə evdə lazımi temperatur yaranan kimi dam örtüyü avtomatik açılır. Dam şüşədəndir. Deməli, günəş vannası da qəbul etmək mümkündür.
İstixana-ev isveçli ailəyə ölkədə yetişdirilməyən bir çox məhsulları əldə etmək imkanı verir. Onların evində əncir, üzüm, pomidor, xiyar, göyərti yetişir. Hətta albalı və alma da əkirlər.
Ailənin başqa planları da var. Onlar günəş enerjisini yayda yığıb, qışda istifadə etmək fikrindədirlər. İçməli su problemini xüsusi mexanizm ilə həll ediblər. Yağış suyu işə yarayır.
Mari deyir ki, böyük sistemlərdən asılı olmaq istəmirsinizsə, öz rahatlığınızı yaratmalısınız. Çarlz əlavə edir: "Başqa dünyada yaşamaq üçün təbiətdən, günəşdən və sudan istifadə etmək lazımdır.
Mari və Çarlz istixanada ev quran ilk ailə deyillər. Onlar 1974-cü ildə Stokholmda birinci dəfə "Naturhus” (təbiət evi) inşa edən isveçli arxitektor Benqt Varnın ideyasından ilhamlanıblar./Bizimyol.info