Xəzər Xəbər

Bayram bitdi, ucuzlaşma başladı VİDEO

Veb TV | 18:13 • 21 Mart 2019
Bayram bitdi, ucuzlaşma başladı

Bir müddət əvvəl bayramla əlaqədar olaraq bazarlarda çərəzlərin qiymətində artım vardı. Amma indi həmin artım müşahidə edilmir. Gəlin görək ən çox qiymət azalması hansı quru meyvələrdədir.

Bayram günlərində qiyməti ceyran belində olan çərəzlərin qiyməti indi 30-40 faiz enib.

Bir müddət əvvəl istər şirniyyatların bişirilməsi, istərsədə süfrələrə qoymaq üçün çərəzlərə maraq artmışdı. Elə buna görədə qiymətlərdə müəyyən qədər artımlar müşahidə edilirdi.

Ən çox qiymət azalması isə qabıqlı qoz, fındıq və kişmişlərdə müşahşdə edilir.

Qiymətlərin düşməsi təbii ki, alıcıların ürəyincədir.

Satıcıların sözlərinə görə, qiymət azalması hələ bir müddət də davam edəcək.

Xəbər lenti

Çox oxunanlar