Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
43 yaşlı yerli sakin Asif İsmayılov şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.
Ağır xəsarət alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.