31 yaşlı şəxsin irandan ölkəmizə narkotik vasitə keçirmək istəyi ölümlə nəticələnib.
Hadisə Astara sərhəd-buraxılış məntəqəsində baş verib. İrandan Azərbaycana qayıdanLənkəran rayon Sütəmurdov kənd sakini, 31 yaşlı Qabil Bağırovun halı qəflətən pisləşib. Nəticədə o, vəfat edib. Belə ki, Qabil Bağırov narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmağa çalışıb. Amma narkotik vasitə orqanizmə nüfuz edərək ölümə səbəb olub. Onun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin lənkəran şöbəsinə təhvil verilib.
Masallıda isədaxil olan məlumat əsasındapolis əməkdaşları tərəfindənkeçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Vüqar Yusifovun yaşadığı evə baxış keçirilən zaman oradan 1 kiloqram yarım tiryək və digər narkotik maddələr götürülüb.
Hər 2 faktla bağlı araşdırmalar davam etdirilir.