Xəzər Xəbər

Azərbaycanın bu bölgəsində bayram günü qar yağdı VİDEO

Veb TV | 19:17 • 20 Mart 2019
Azərbaycanın bu bölgəsində bayram günü qar yağdı

Azərbaycanın dağlıq ərazilərinə qar yağıb. Quba-Xınalıq yolunda qar uçqunu baş verib. 7 kəndə gedən yol müvəqqəti bağlanıb. Sumqayıtdan Qubaya bayrama gedənlər isə qəzaya düşüb. Qar səbəbindən dərəyə aşan maşında 5 nəfər xəsarət alıb.

Qışın son günündə respublikanın bəzi ərazilərinə qar yağıb.Şimal bölgəsinə yagan qar fəsadlara yol açıb.

Qar ən çox dağlıq ərazilərə yagıb.

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.Hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb. Uçqun nəticəsində 7 kəndlə müvəqqəti əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar.

Əraziyə gətirilən texnikalardanasazlıq yarandığı üçün yola əlavə qüvvə cəlb edilib.

Qubaya bayrama gələnlər də qara görə qəzaya düşüb.Quba-Qonaqkənd yolunun 38-ci kilometrliyində avtomobil sürüşkən yoldan çıxaraq dərəyə yuvarlanıb.Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - Sumqayıt şəhər sakinləri, Məryəm Məmmədovavə BaratMəmmədov Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər sərnişinlər isə yüngül xəsarətlər alıb.

Xəbər lenti

Çox oxunanlar