Bildirilir ki, "Mercedes" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Yolçiyev Adil Nadir oğlu ağır vəziyyətdə olan həyat yoldaşını xəstəxanaya vaxtında çatdırmaq üçün nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Ancaq o, qadının artıq dünyasını dəyişdiyini müəyyən etdikdə, həyəcandan sükana nəzarəti itirib və avtomobil kanala düşüb.
Hazırda avtomobilin kanaldan çıxarılması və həyatını itirən qadının kimliyi araşdırılır.