"Sarı gəlin" abidə kompleksinin layihəsi hazırlanıb. Dünya memarlığında ilk olaraq mahnının mətni kompleksdə davam etdirilir. Memar Cahid Həsənov ildə bir dəfə bu abidə məkanında sari gəlin beynəlxalq musiqi festivali keçirilməsini də təklif edir. Sənədlər artıq Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edlib.
Musiqisi sədaları altında su effektləri hərəkət edir, möhtəşəmliyi ilə göz oxşayır..
Bütün Türkdilli ölkələrin simvoluna çevrilən, düşmənlərimiz tərəfindən oğurlanan məhşur Sarı gəlin xalq mahnımızın şərəfinə "Sarı gəlin" Abidə Kompleksinin layihəsi hazırlanıb.
Layihənin müəllifi, Memerlar İttifaqının üzvü memar Cahid Həsənov deyir ki, bu abidə kompleksinin hər bir kiçik detalı üzərində aylarla iş aparılıb. Mahnının sözlərinin
abidə kompleksinin dizaynında işlənməsi dünya memarlğında bir ilkdir.Cahid Həsənov deyir ki, mahnının sözü ilə abidə dizaynı bir-biri ilə vəhdət təşkil edir.
Memar üçün ən çətini olan isə "sari gəlin" heykəlinin özünün formatı və protatipini tapmaq olub.
Cahid Həsənovun "Sarı gəlin" Abidə Kompleksinin qoyulacağı yer üçün təklifləri də var. Bunun üçün o, sənədləri Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edib.
Memar, abidə kompleksi qoyulacaq əraziyə Sari gəlin parki adi verilməsini və ildə bir dəfə bu abidə məkaninda sari gəlin beynəlxalq musiqi festivali keçirilməsini təklif edir.